Rabitə müəssisələrində işləyənlərin əmək haqqı artıb

Cari ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 72,1 min muzdlu işçinin 72,3 faizi dövlət müəssisələrində, 27,7 faizi özəl bölmədə çalışıb.  İşçilərin 52,9 faizi yerüstü və boru kəməri, 13,5 faizi su, 15,0 faizi hava nəqliyyatı, 18,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib. Statistika Komitəsindən verilən məlumata görə,  
2012-ci ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 8,3 faiz artaraq 523,3 manat olub ki,  bu göstərici hava nəqliyyatında 817,9 manat, dəniz nəqliyyatında 711,1 manat, avtomobil nəqliyyatında 488,4 manat, dəmir yolu nəqliyyatında isə 242,0 manat təşkil edib. Əmək haqqı dəmir yolu nəqliyyatında 12,8 faiz, avtomobil nəqliyyatında 12,1 faiz, dəniz nəqliyyatında isə 6,6 faiz artıb. İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,1 faiz artaraq 665,9 manat olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31