Yük və sərnişindaşımada gəlirlər artıb

Cari ilin birinci yarısında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 29,0 milyon ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çox yük, 138,7 milyon nəfər və ya 7,3 faiz çox sərnişin daşınıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 45,7 faizi avtomobil, 36,3 faizi dəmir yolu, 18,0 faizi dəniz nəqliyyatının payına düşüb. Dəhliz vasitəsilə daşınmış yüklərin 25,8 faizini və ya 7,5 milyon tonunu tranzit yüklər təşkil edib. Yük daşımaları fəaliyyətindən 226,3 milyon manat, sərnişin daşınmasından isə 46,5 milyon manat gəlir əldə olunub və müvafiq olaraq 5,9 faiz və 14,5 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31