Büdcə dürüsləşdirilməsi zamanı hansı sahələr üzrə xərclər artırıla bilər? - ÖZƏL

2023-cü ilin dövlət büdcəsində dəyişikliyin edilməsi nəzərdə tutlur. Maraqlıdır, büdcə dəyişikliyi zamanı hansı sahələr üzrə xərclər artırıla bilər? "Olaylar"ın məlumatına görə, iqtisadçı ekspert Mahir Zeynalov bildirib ki, ilk növbədə ölkədə qiymətlərin artımı fonunda sosial xərclərin artırılması arzuolunandır: Maliyyə nazirin açıqlamasından bu qənaətə gəlmək olar ki, daha çox müdafiə xərcləri və Qarabağda bərpa işlərinə yönəldilən vəsaitlərin həcmi artırılacaq. Bu isə Azərbaycanın indiki şəraitində məntiqli yanaşmadır. Çünki bir tərəfədən Ermənsitanın və onun havadarlarının ölkəmizə qarşı təhdidləri artır ki, bu da ordunun gücləndirilməsini, ölkənin müdafiə qabiliyyətinin daha da artırılmasını zəruri edir. Sülh istəyirsənsə daim müharibəyə hazır vəziyyətdə olmalısan. Ona görə də, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur. 2023-cü ildə dünyanın hətta böyük dövlətləri də, o cümlədən ABŞ, Çin, Rusiya və s. özlərinin müdafiə xərclərini artırıblar. Bu həm də dünyada sabitliyin olmaması və müharibə təhlükələrinin artması ilə bağlıdır. Bu cür təhdidlər bizim region üçün də aktualdır".

Onun sözlərinə görə, Qarabağda quruculuq işlərinə böyük vəsaitlər tələb olunur. Hələlik Qarabağda əsas investor dövlətdir. İndiyədək regionda həyata keçirilən layihələrə dövlət 7 milyard manat xərcləyib. 2023-cü ilin dövlət büdcəsindəb işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına 3 milyad manat ayrılıb. Çox güman ki, büdcəyə dəyişikliklər nəticəsində bu məbləğ daha 1 milyard manat artırıla bilər: "İşğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Hökumət 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyad manat vəsait ayırıb. Göründüyü kimi, hər il post-konflikt ərazilərin bərpasına dövlət investisiyaları artırırlır ki, bu da müsbət hal sayılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31