Mərkəzi Bank: “Yeni manatla bağlı fotolar saxtadır”

Sosial şəbəkələrdə üzərində Azərbaycanın mütəfəkkirlərinin,  tanınmış dövlət və elm xadimlərinin əksləri  olan  1, 5, 10, 20, 50, 100 manatlıq əskinasların şəkilləri yayılmışdır. Bu şəkillər milli valyutamız olan manatın yeni dizaynda tərtibatı kimi təqdim edilərək ictimaiyyətdə yalnış məlumatların yayılmasına səbəb olur və çaşqınlıq yaradır. Azərbaycan  Respublikasının Mərkəzi Bankı  bildirir ki,  bu   məlumatlar heç bir  reallığı əks etdirmir və   bu şəkillər qeyri-müəyyən  şəxslərin  təxəyyülünün məhsuludur.

Mərkəzi Bank tərəfindən göstərilən dizaynda əskinasların tədavülə buraxılması planlaşdırılmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31