Meyvə bazarında bahaçılıq müşahidə ediləcək - ÖZƏL
8 May 2023 11:57 İqtisadiyyatBir müddətdir ki, respublikanın rayonlarında yağan dolu kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub. Xüsusilə, yenicə çiçək açmağa başlayan meyvə bağlarında dolu ciddi fəsadlar yaradıb.
İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzindən "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, yağan güclü yağışlar və dolu meyvə istehsalına ciddi mənfi təsir göstərib ki, bu da mövsüm zamanı bazar qiymətlərində özünü kəskin şəkildə büruzə verəcək:
"Respublikanın demək olar ki, hər bir regionu, hər bir bölgəsini dolu vurub. Min hektarlarla əkin sahələri ilə yanaşı meyvə bağları demək olar ki, 70-80 faiz dolu nəticəsində ciddi ziyan görüb. Bu da onu deməyə əsas verir ki, bu mövsüm də meyvə bazarında ciddi bahaçılıq müşahidə ediləcək".
Mərkəzin araşdırmalarına görə, əsasən gilas, ərik, şəftəli kimi meyvələrdə ən yüksək qiymət artımı baş verəcək:
"Çünki dolu ən çox bu meyvə növlərinə ziyan vurub".