"Biz buna Azərbaycan kimi etibarlı tərəfdaşlarımızın köməyi sayəsində nail olmuşuq"

Azərbaycan ümumavropa qaz tədarükçüsüdür.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson özünün "Twitter" səhifəsində yazıb.

"Bu gün mən Azərbaycanın energetika naziri Pərviz Şahbazovla strateji tərəfdaşlığımızı müzakirə etmək üçün Aİ-Azərbaycan Enerji Dialoqunu təşkil etdim. Azərbaycan ümumavropa qaz tədarükçüsüdür. Amma bizim əməkdaşlığımız qaz sektorundan kənara çıxır, çünki bərpa olunan enerji mənbələri sahəsində böyük potensial var", - deyə K.Simson bildirib.

K.Simson qeyd edib ki, Avropa bu qışdan qaz anbarlarının yarısı dolu, daha stabil qaz qiymətləri və gələn qış üçün müsbət proqnozla çıxıb.

"Biz buna Aİ ölkələrinin vətəndaşlarının və Azərbaycan kimi etibarlı tərəfdaşlarımızın köməyi sayəsində nail olmuşuq. Hər ikimiz strateji tərəfdaşlığımızı reallaşdırmaq əzmindəyik", - deyə Avropa komissarı bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31