Yanacağın qiymətində dəyişiklik baş verəcək?  - ÖZƏL

"Dünyada baş verənlər, həm dünyanın özündə, həm də dünya ölkələrində çox şeylərin dəyişməsinə gətirib çıxarıb. Bu gün tam əminliklə deyə bilərik ki, dünyada yeni bir dönəm başlayıb. Dünya ekoloji baxımdan özünə gəlməyə başlayıb, şəhərlərdə təmiz havanın iyi duyulur. Əsasən böyük zavod və fabrikıərin işləməməsi ekologiyaya təsir edirdisə, avtomobillərin işləməməsinin də az təsiri olmamış deyildir". "Olaylar" xəbər verir ki,  bunu deyən Milli Cəbhə Partiyası sıdrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, dünyada baş verənlərdən biri də neft bazarındakı hadisələrdir: "Bu gün "Brent"in qiymətində son 21 ilin ən orta göstəricisi qeydə alınıb.Ona görə də dünyada baş verənlər, bəzi ölkələrin benzin siyasətini dəyişib. Ayrı-ayrı dövlətlər yanacağın qiymətini tənzimləməyə başlayıb. Bu sırada Türkiyə də var. Qardaş, qonşu ölkədə benzinin qiymətini azaldıblar. Gürcüstan höküməti də bu baradə məsləhətləşmələr aparır. İndi Türkiyənin əksər şəhərlərində benzinin 1 litri 5 lirədən (72 sent) ucuz satılır.Neftin dəyərinin azalması dizel yanacağının qiymətinə də təsir göstərib. Türkiyədə bu yanacağın qiyməti daha çox aşağı salınıb. İndi qardaş ölkədə dizeli 41 kuruş ucuz satırlar. İstanbulda qiymət 4.72, İzmirdə isə 4.82-dir. "Brent" markalı neft ucuzlaşmağa  başlayıb. Azərbaycan nefti isə orta həddə təklif olunur. Bəs bizim ölkədə yanacağın qiymətində dəyişiklik baş verəcəkmi?  Bu gün deməyə əsas verir ki, ölkəmizdə "Aİ-95" və "Aİ-98" marka benzinin qiyməti dəyişib.Amma o gündən bu günə qədər hələ də qiymətlər dəyişməz olaraq qalmaqdadır.

Azərbaycanda Premium Euro-95 və Super Euro-98 markalı avtomobil yanacağının hər litr üçün qiyməti müvafiq olaraq 30 qəpik (20%) və 20 (12.5%) qəpik bahalaşıb. Bahalaşmadan sonra, Premium Euro-95 markalı benzinin qiyməti iki manat, Super Euro-98 markalı benzin isə bir azda baha  olub. Belə ki,"Aİ-95" və "Aİ-98" markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır. Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92" markalı benzinə şamil olunmayıb. Yəni istər "Aİ-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayıb. Bütün bunlar bir yana, "Aİ-95" premium markalı və "Aİ-98" super markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə  "Aİ-92" markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir.Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir. Hazırda ölkəmizdə dizel yanacağı ilə 98 markalı benzinin qiyməti arasında fərq 3 dəfədir. Eyni zamanda son dövrdə dizel yanacağının istehlakı da artıb. Əslində orta əmək haqqının  benzinə olan alıcılıq qabiliyyəti ilə müqyisədə   qonşu dövlətlərdəki qiymətlərə görə Azərbaycanda qiymətlər bahadır.Yəqin ki,əmək haqlarının müqayisəsi ilə yanacağın qiymətinin münasibəti baradə düşünməyə ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31