TANAP vasitəsilə Türkiyəyə 21 milyard kubmetrdən çox qaz nəql olunub

Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 30 iyun 2018-ci ildən 31 mart 2023-cü ilədək 21 milyard kubmetrdən çox qaz nəql olunub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR Türkiye-nin baş direktoru Elçin İbadov "Habertürk"ə deyib.

TANAP vasitəsilə Avropaya qaz nəqli 31 dekabr 2021-ci ildən 31 mart 2023-cü ilədək təqribən 22,4 milyard kubmetr təşkil edib.

"TANAP layihəsinin icrası Avropaya və Türkiyəyə təbii qaz tədarükünün marşrutlarının diversifikasiyası, habelə Türkiyənin enerji dəhlizinə çevrilməsi üçün strateji addımlardan biridir", - E.İbadov deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin hesabatına əsasən, 2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycan Avropaya (2,9 milyard kubmetr), Türkiyəyə (2,7 milyard kubmetr) və Gürcüstana (0,9 milyard kubmetr) təbii qaz ixrac edib. Hesabat dövründə Trans-Anadolu qaz kəməri ilə Türkiyəyə 1,4 milyard kubmetr qaz ixrac olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31