Rusiya Azərbaycanda qaz mühərrik bazarının inkişafında maraqlıdır
Vladimir Putin Bakı səfərində ölkəmizlə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə edib
14 Avqust 2013 10:10 İqtisadiyyatRusiya Azərbaycanda qaz mühərrik yanacağı bazarının inkişafında maraqlıdır. Bu barədə Rusiya Federasiyası Energetika Nazirliyinin Rusiya və Azərbaycan dövlət başçılarının ötən gün Bakıda keçirilən ikitərəfli görüşünün nəticələrinə dair açıqlamasında deyilir.ANS PPRESS-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Rusiya energetika naziri Aleksandr Novak da iştirak edib.Tərəflər respublika ərazisində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. Görüşdə Azərbaycanda qaz mühərrik yanacağı bazarının inkişafı məsələsinə də toxunulub.Səfərin nəticələrinə əsasən, neft-qaz və elektrik enerjisi sahələrində Rusiya və Azərbaycan enerji şirkətləri arasında bir neçə saziş imzalanıb. Bakıdakı işçi görüşündə "Rosneft"in" rəhbəri İqor Seçin də iştirak edib.