"Sahibkarların fəaliyyəti ilə dövr edən maliyyə ölkənin iqtisadiyyatıdır"
25 Aprel 2023 18:16 İqtisadiyyat"Sahibkar hər şeydən əlavə öz ölkəsinin iqtisadi və mədəni inkişafına, cəmiyyətinə faydalı şəxs deməkdir. Ölkəmizdə sahibkarlıqla məşğul olan şəxslər öz fəaliyyət sahələrindəki uğurları ilə təkcə öz sektorunu yox, həmçinin ölkəni də uğurlu gələcəyə daşıyır. Nəzərə alsaq ki sahibkarlar öz fəaliyyətləri ilə mənsub olduğu ölkəni də təmsil edirlər. Onların fəaliyyəti ilə dövr edən maliyyə ölkənin iqtisadiyyatıdır, təmsil etdikləri sektor ölkənin bu sahədəki uğurunun əksidir".
Bu sözləri Konsept.az-a Artmood Agency - nin təsisçisi, direktoru Xəyalə Mutəllimova deyib.
"Bunları nəzərə alaraq düşünürəm ki, sahibkarlıqla məşğul olan və məşğul olmaq istəyən insanlar üçün daha güzəştli şərtlər, sənədləşmə prosesinin daha asan şəkildə həll olunması vacibdir. Bu yöndə ölkəmizin sahibkarlarlara diqqət və qayğısını daha bariz şəkildə görə bilirik. Mən ümid edirəm və inanıram ki, sahibkarlarımız öz uğurlu fəaliyyətləri ilə iqtisadi və mədəni həyatımıza daha da faydalı olacaqlar".