Macarıstan borcunu vaxtından əvvəl ödəyib
13 Avqust 2013 15:39 İqtisadiyyat"Olaylar" xəbər verir ki, Macarıstan hökuməti tərəfindən Beynəlxalq Valyuta Fondundan alınan kredit borcunun son hissəsini vaxtından əvvəl ödədiyini açıqlayıb. Macarıstanın İqtisadiyyat Nazirliyindən verilən məlumatda dövlət büdcəsindən kreditin son hissəsi 2.15 milyard avro BVF-na ödənildi.
BVF və Avropa İttifaqı tərəfindən verilən 20 milyard avroluq kredit 2014-cü ilin üçüncü rübünə qədər qaytarılmalı idi. Macarıstan vaxtından əvvəl kreditini ödəməklə 12 milyon avro kredit faizi ödəməkdən azad olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31