YAŞIL ZONA konsepti, alternativ enerji, “ağıllı” məkan…
14 Aprel 2023 15:20 İqtisadiyyatGələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bildiyimiz kimi ölkə rəhbərinin işğaldan azad olunan rayonlarımızın bərpası ilə əlaqədar irəli sürdüyü tezislərin başında "ağıllı evlər" və "yaşıl zona" ("smart village") prinsip və konsepti durur.
Artıq hər kəsə də məlumdur ki, neft-qaz erası demək olar ki, yaxın gələcəkdə bitmək üzrədir, orta və uzun vədədə strateji planlamaların hədəfində əsas prioritet məsələ kimi neft və qazdan asıllığın azaldılması və bu proseslərə elmi yanaşmaların durmasıdır.
"Yaşıl zona", "ağıllı evlər" ("smart village") konsepti nədir?
Yaşıl zona dedikdə, alternativ enerji mənbələrindən, o cümlədən günəş batareyaları, külək dəyirmanları, su elektrik stansiyaları (suyun qabarma və çəkilmələrinə hesablanan hidro enerji), geotermik (gazer, buxar enerjisi), hidrogen enerjisi və digər təbii resurslardan istifadə edilməklə əldə olunan elektrik və mexaniki enerjilər nəzərdə tutulur.
Burada əsas hədəf, işğaldan azad olunan regionun sıfırdan qurulmasında istifadə olunacaq enerji mənbələri həm ekoloji baxımdan təmiz (yəni, yaşıl zona) enerji, həm də innovativ texnologiyalar konsepti əsasında o bölgənin "ağıllı" və müasir regiona çevrilməsidir. Ən önəmli məqam isə regionun yenidən inşası ilə infrastrukturun təməldən, sıfırdan "tamam-kamal" lahiyələndirilməsidir.
Yeni minilliyin ən ciddi çağrışlarından biri də iqlim dəyişməsi ilə bərabər günəşdən küləkdən, sudan, bioenerjidən, məişət tullantılarının yandırıması və digər mənbələrdən alınan bərpa olunan enerjilərə keçiddir.
Bu gün, bərpa olunan alternativ enerji mənbələri kimi bioenerjiləri, məişət tullantılarının yanması ilə alınan enerjini, suyu, küləyi və günəşi hələ ki, əvəzləyən və onlara bərabər tutulan başqa yayqın enerji mənbələri də görünmür. Ölkəmizdə yaşıl enerji konseptinə, o cümlədən dərindən elmi-tədqiqat işləri ilə innovativ layihələrə geniş yer verilir. Odur ki, nikbinlilkə söyləyəbilərik bu istiqamətdə əldə olunan nəticələr ölkəmizdə yaşıl enerjidən istifadəni daha da stimullaşdıracaq və innovativ iqtisadiyyatın inkişafına öz töhvələrini vermiş olacaqdır.
Bununla da alternativ enerji ilə "ağıllı" idarəetmə prinsipləri regionda köhnənin sökülüb-bərpası deyil, hər şeyin, yeni nəsl innovativ texnologiyalar əsasında smart konsept və qabaqcıl qərb ölkələrinin üstün təcrübələrinə uyğun yenidən qurulmasına nail olunacaqdır. Təbii ki, iqtisadiyyatı və sənayesi güclü olan dövlətlər hər şeyə qadirdir.
P.S. "Ölkəmizdə yeni trend bərpa olunan yaşıl enerjilərə keçidlə neftdən, qazdan asıllığa tədricən son qoyulacaqdır.", Ekspert şərhi
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktorunun birinci müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert,
YAP Xətai rayon təşkilatının "Rahim Memmedov 25" ünvanı üzrə ərazi partiya təşkilatı sədrinin müavini