Keçən ay ölkədə gündəlik xam neft hasilatı 515 min barrel olub
13 Aprel 2023 12:14 İqtisadiyyat2023-cü ilin mart ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632 min barrel olub. "OLAYLAR"-a Energetika Nazirliyindən bildirilib ki, bunun 515 min barrelini xam neft, 117 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, "OPEC plus" əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31