Dərman qiymətlərinin əlçatan olması üçün yerli istehsal artırılmalıdır - ÖZƏL
12 Aprel 2023 11:29 İqtisadiyyat"2022-ci ildə dərman vasitələrinin idxalına 505 milyon dollar vəsait xərclənib. Dərman idxalı 2021-ci ildə 408.7 milyon dollar, 2020-ci ildə 327.2 milyon dollar, 2019-cu ildə isə 261.6 milyon dollar olub. Bu o deməkdir ki, son 3 ildə dərman idxalı 2 dəfə artıb. Dərman idxalında son illər artımlarlğın əsas səbəbləri idxal inflyasiyası ilə yanaşı COVİD-19 pandemiyası dövründə tələbin yüksəlməsi olsa da belə, post-pandemiya dövründə də idxalın həcmində artımlar müşahidə edilməkdədir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, dərman vasitələrinin 20.0 faizindən çoxunu Türkiyədən idxal edirik. İllik idxalımız qardaş ölkədən 80.0 milyon dollardan çoxdur. Amma bununla belə, Azərbaycanda eyni dərman Türkiyə ilə müqayisədə kəskin bahadır. Azərbaycanda dərmanların qiymətlərinin optimallaşdırılması və əlçatanlığın artırılması çox vacibdir: "Eyni zamanda, dərman idxalında Almaniya, Rusiya, Hindistan və İtaliya xüsusi paya malikdir. Həm dərman vasitələrinin qiymətinin aşağı salınması, həm də idxaldan asıllığın azaldılması üçün yerli istehsalın stimullaşdırılması çox vacibdir.
Digər vacib məsələ qiymət siyasətinin təkmilləşdirilməsidir. Taarif Şurası tərəfində həyata keçirilən qiymət siyasətinin təkmilləşdirilməsi həm də sahibkarlıq fəaliyyətinin bu sahədə genişləndirilməsi baxımdan vacibdir. Bu sahədə bürokratik əngəllərin aradan qaldırılmasına ehtiyac var".