BVF Azərbaycanın real ÜDM artımının proqnozlarını yüksəldib

Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü ildə Azərbaycanda real ÜDM artımının əvvəl proqnozlaşdırılan 2,5 faizlə müqayisədə 3 faiz olacağını gözləyir.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə çərşənbə axşamı BVF-ə istinadən xəbər verir.

Maliyyə institutunun proqnozlarına əsasən, ölkənin real ÜDM-i 2024 və 2028-ci illərin hər birində 2,6 faiz artacaq.

BVF-in qiymətləndirmələrinə əsasən, 2022-ci ildə Azərbaycanda real ÜDM artımı 4,6 faiz səviyyəsində olub.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin ÜDM-i 2023-cü ilin yanvar-fevral ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 0,4 faiz artaraq 19,8 milyon manata (11,6 milyard dollar) çatıb.

Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-in 2,7 faiz, 2024-cü ildə isə 4,1 faiz artacağını proqnozlaşdırır.

Eyni zamanda, Beynəlxalq Maliyyə Korporasiyası bu il dünyada ÜDM-in təqribən 1,2 faiz artacağını gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31