Ərzaq mallarına daha çox vəsait xərclənir

2013-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət bazarında əhaliyə 10,7 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çox müxtəlif istehlak malları satılıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, istehlak mallarının 52,1 faizini ərzaq, 47,9 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz bəndi artıb.
Yanvar-iyul aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,3 milyon manat təşkil edib. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 86,1 faizini hüquqi, 13,9 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 92,8 faizini qeyri-ərzaq malları təşkil edib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31