"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda əməkdaşlıq uğurla inkişaf edir"

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) əməkdaşlıq uğurla inkişaf edir.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Serik Jumanqarin Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclasının kuluarlarında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Qazaxıstan özünün şərq sərhədlərində Dostık-Moyıntı dəmir yolunu inşa edir ki, bu da Çindən gələn qatarlarının sayını sutkada 12-dən 60-a çatdırmağa imkan verəcək.

Nazir, həmçinin nəqliyyatdakı məhdudlaşdırıcı faktorların aradan qaldırılması üzrə digər tədbirləri vurğulayıb. O, xüsusən də Aktau, Kurık limanlarının genişləndirilməsi üzrə işləri və Almatı şəhəri ətrafında yolun tikintisini qeyd edib.

S.Jumanqarin sonda jurnalistlərə Aktau limanında həmçinin marşrutun fəaliyyətinə müsbət təsir göstərəcək konteyner qovşağının tikintisi barədə məlumat verib.

Xatırladaq ki, Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclası keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31