Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Gəncə şəhəri üzrə "Yaşıl şəhər" Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun növbəti iclası keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, iclasda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə həyata keçirilən layihələrin ölkəmizin "yaşıl" inkişaf hədəflərinə çatmasına töhfə verdiyini qeyd edib. Tədbirdə "Yaşıl şəhər" Tədbirlər Planı üzrə görülmüş işlər, əldə olunmuş nəticələr, təklif olunan strateji yanaşmalar barədə müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31