Vergi orqanları audio və video materialları da yoxlayacaq

Vergi orqanları əməkdaşlarınin operativ nəzarət funksiyaları genişləndirilib.  Bununla bağlı Milli Məclis  Vergi Məcəlləsinə əlavələr edib. "Olaylar" Qanun layihəsi barədə məlumat verən parlamentin iqtisadi diyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Məcəlləyə vergi orqanlarının hüquqlarını genişləndirən əlavə müddəalar salınıb. Yeniliyə  əsasən vergi orqanlarının əməkdaşları operativ vergi nəzarəti zamanı kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar, həmçinin dini məzmunlu başqa məlumat materialların nəzarət markası ilə markalanmadan yayılması faktlarının aşkarlanması məqsədi ilə yoxlamalar keçirə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31