“Amore” içkisi saxta çıxdı
29 İyun 2012 16:37 İqtisadiyyatMəlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Mahal Yusifova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Amore" əmtəə nişanlı qazlı suların tərkibində mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin və koli-indeksinin normadan çox olduğu aşkar edilib. Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 3085 litr qazlı suların qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Mahal Yusifova icrası məcburi göstəriş verilib. Qeyd edilən içkilər Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib, Mahal Yusifov barəsində iş qaldırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31