"Azərlotereya" ASC tərəfindən təşkil edilən "5/36" lotereyasının 726-cı tirajında udulmuş 161 490 manat məbləğində "Cek Pot" Gəncə şəhər sakini Əliyev Sahib Adil oğluna təqdim edilib. Bu, Azərbaycan lotereya oyunları tarixində udulan ən böyük məbləğdir.