Dövlət Gömrük Komitəsi proqnozu artıqlaması ilə icra edib

Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 5654,6 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 1049,6 mln. manat və ya 22,8%, 2021-ci illə müqayisədə isə 1311,6 mln. manat və ya 30,2% çoxdur.

"Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Hesabat ilində Komitə tərəfindən dövlət büdcəsinə gömrük rüsumları üzrə 1419,7 mln. manat (proqnoza nisbətən 119,7 mln. manat və ya 9,2%, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 214,2 mln. manat və 17,8% çox), əlavə dəyər vergisi üzra 4003,1 mln. manat (proqnoza nisbətən 918,1 mln. manat və ya 29,8%, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 1072,4 mln. manat və 36,6% çox), aksizlər üzrə isə 168,8 mln. manat (proqnoza nisbətən 1,2 mln. manat və ya 0,7% az, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 5,7 mln. manat və 3,5% çox) vəsait köçürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31