ÜDM-in həcmi 4,6 faiz artıb

Ötən il Azərbaycanda 133,8 mlrd. manatlıq və ya 2021-ci illə müqayisədə 4,6% çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. 

İqtisadi fəal əhalinin yeni statistikası açıqlanıb

"Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2022-ci ildə 2021-ci ilə nisbətən 2,7% azalıb, qeyri neft-qaz sektorunda isə 9,1% artıb. Qeyri neft-qaz sektorunun artımına nəqliyyat və anbar təsərrüfatı, turizm və ictimai iaşə və tikinti sahələri artırıcı təsir göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31