Keçən ay ölkədə neft hasilatı 531 min barrel olub
17 Mart 2023 10:40 İqtisadiyyat2023-cü ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 648 min barrel olub. "OLAYLAR"-a Energetika Nazirliyindən bildirilib ki, bunun 531 min barrelini xam neft, 117 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, "OPEC plus" əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31