Sənədləşmə işləri yalnız kommersiya obyektlərini əhatə edəcək? - ÖZƏL
16 Mart 2023 12:00 İqtisadiyyatŞəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişikliklər iqtisadi baxımdan səmərəlıdir. Ümumilikdə isə Azərbaycanda inşaat sektorunun Ümumi Daxili Məhsulun böyük bir hissəsini təşkil edəcək. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən "Olaylar"a bildirilib ki, bu istiqamətdə həm dövlət tərəfindən, həm də sahibkarlar tərəfindən görülən işlərdə fəallıq müşahidə olunur. Məlum olduğu kimi layihələrdə təklif olunan dəyişikliklər kommersiya obyektlərini əhatə edəcək. Sənəddə kommersiya obyektlərinin sənədləşdirilməsi və bununla bağlı prosedurların sürətləndirilməsi nəzərdə tutulub. Bu, iqtisadi baxımdan daşınmaz əmlakın dövriyyədə olması vergilərin toplanmasına, eyni zamanda vətəndaşların maliyyə əlçatanlığının artırılmasına imkan yaradacaq. Bununla yanaşı, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda nəzərdə tutulan düzəlişdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənədin əlavə edilməsi təklif olunur. Qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun aparılmamış tikinti obyektləri üzərində hüquqların qeydiyyatı məqsədilə hazırlanıb.
Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə nəzərdə tutulan dəyişiklikdə təklif olunur ki, tikintisi bu Məcəllənin tələblərinə uyğun aparılmamasına baxmayaraq, 2023-cü ilin may ayının 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə verilsin və təhlükəsizlik tədbirləri də nəzərə alınsın.