Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır - ÖZƏL

"Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Xəyal Məmmədəliyev səsləndirib. O bildirib ki, Azərbaycan Avropa Komissiyası üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb:

"Bu illər ərzində əldə etdiklərimizin bu səviyyədə qiymətləndirilməsi böyük nailiyyətdir. Azərbaycan gələcəkdə də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək. Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31