Azərbaycanda benzin sudan da ucuzdur
Türkiyə mediası bu haqda məlumat dərc edib
6 Avqust 2013 18:49 İqtisadiyyat"OLAYLAR"ın məlumatına görə, milliyyet.com.tr-də dərc olunan xəbərdə Azərbaycan iqtisadiyyatında neft və təbbi qazın önəmli rol oynadığını qeyd edib. Saytın verdiyi məlumatda Azərbaycanda gündəlik olaraq 139 min ton neft işləndiyi və qeyri-rəsmi məlumatlara görə illik gəlirlər açıqlanır: "Qeyri-rəsmi rəqəmlərə görə Azərbaycanın il ərzində neftdən əldə edilən gəliri 15 milyarddır. Sonrakı yerdə isə Azərbaycanın əsas gəlir mənbəyi təbii qazdır. Azərbaycanda bir litr suyun qiyməti 50 qəpikdirsə, 1 litr dizelin qiyməti 45, benzinin qiyməti isə 55 qəpikdir". Məqalədə həmçinin Azərbaycanın təbii qazının Türkiyə vasitəsilə Avropaya daşındığı haqda da yazılıb: "Türkiyə ilə Azərbaycan arasında imzalanan "TransAnadolu" layihəsi ilə Azərbaycan təbii qazı Türkiyə üzərindən Avropaya daşınacaq. Bu layihə sayəsində də Türkiyə ehtiyacı olan təbii qazın böyük hissəsinə çatmış olacaq".