Azərbaycan və Latviya arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artıb - AZPROMO
8 Mart 2023 17:59 İqtisadiyyat2022-ci ildə Azərbaycan və Latviya arasında ticarət dövriyyəsinin həcmi 70 faizdən çox artaraq 46 milyon dollar təşkil edib.
Olaylar.az xəbər verir ki, bunu çərşənbə günü İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPOMO) rəhbəri Yusif Abdullayev Bakıda Latviya və Azərbaycanın işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa zamanı deyib.
"Latviyaya ixrac, demək olar ki, üç dəfə artaraq 28 milyon dollar təşkil edib. Latviyaya ixracımızın demək olar ki, 98 faizi qeyri-neft sektorunun payına düşüb. Bu, o deməkdir ki, Latviya qeyri-neft məhsullarının idxalı baxımından şimal-şərqi Avropanın ən mühüm ölkəsidir", - o bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31