Yanacaqdoldurma məntəqəsi vergi borcunu ödəməkdən yayınır
6 Avqust 2013 15:21 İqtisadiyyatBakı şəhər Vergilər Departamentinin vergi borclarının alınması idarəsinin əməkdaşları bir neçə obyektin əmlakını siyahıya alıb.Belə ki, Xətai rayonu Zığ şossesi ev 39 ünvanında yerləşən fiziki şəxs Emil Nəzərova məxsus petrol firmasının Hakim petrol yanacaqdoldurma məntəqəsinin fəaliyyəti araşdırılarkən onun 4037 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bu barədə müəssisəyə bildiriş göndərilsə də borc məbləği qanunvericiliklə nəzərdə tutulan müddətə ödənilməyib. Vergi borcunun ödənilməsini təmin edilməsi üsulu kimi obyektdəki əmlakın siyahıya alınası haqqında qərar verilib və 5 min manatlıq yanacaqdoldurma aparatı və müxtəlif texniki ləvazimat siyahıya alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31