Minimum aylıq əmək haqqının orta aylıq əmək haqqına nisbəti 41,1%-ə çatıb
2 Mart 2023 15:29 İqtisadiyyatAparılan ardıcıl sosial islahatlar minimum aylıq əməkhaqqının da mütəmadi artımını təmin edir və son beş ildə bu istiqamətdə 2,7 dəfə artıma nail olunub. Bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib. Qeyd edilib ki, bu artım ölkəmizdə xalis minimum aylıq əmək haqqının (345 manat) xalis orta aylıq əmək haqqına (1 yanvar 2023-cü il tarixə 839,4 manat) nisbəti ilə bağlı göstəricinin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırilması istiqamətində də mühüm irəliləyişə imkan verib. Həmin nisbət 2018-ci ildəki 26,5%-dən hazırda 41,1%-ə çatıb. Beləliklə, 2018-2022-ci illərdə bu göstərici 14,6% yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31