İqtisadi zonalar adı altında məmurların talama kampaniyası başlayıb - ÖZƏL
1 Mart 2023 11:10 İqtisadiyyat"Yaxşi haldi ki, ölkə ərazisində bəzi rayonlarimizda ,,Aqropark" lar yaradilib və yaradılır. Belə park təssərrüfatini çoxdan yaratmaq lazim idi". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, döğrudanmi belə parklar xalqa, fermerlərə xidmət edəcək: "İnanmıram, ona görə ki, hələ də insanlarda düşüncə tərzi dəyişməyib. Düşüncə dəyişməyən kənd əhalısını yarıbayarı olsun sözü aldatmaqdır.Yəni ki, əkin əkilirsə ona verilən yanacaq qarşılıqlı olur.Yığım da onun kimi. Ona görə də kənd təsərrüfatı inkişaf etmir.Yenə də özümüzdə olan məhsulların idxalı çoxalır. Nəticədə ölkədə kənd təsərrüfatı məhsullarının bahaçılığı baş alıb gedir".
Onun bildirdiyinə görə, dəllalar manapoliyanı aradan qalxmağa qoymurlar: "Onlar torpağı kəndliyə vermirlər. Örüş yerləri hasarlanıb, yerlər məhdudlaşdırılıb. Belə getsə vəziyyət çox ağrılı olacaq. İqtisadi zonalar adı altında məmurların çox talama kampaniyası başlayıb. Yerlərdə xalq fermer adiyla icra nümayəndələrinin üc-beş adamina xidmət göstərəcək. Onun üçün də yaxşi olar ki, belə parklara xalq nəzarəti olsun.Yerlərdə əkin torpaqlarina nəzarət olsun. Əkilməyən torpaqlar nəzarətə ğötürülsün. Əkilməyən torpaqlar, əkənlərə verilsin. Əkilən yerlərlərlə, əkilməyən yerlərin torpaq verğilərinə dəyişiklik edilsin".