Planşet bazarında azalma qeydə alınıb

"IDC" analitik şirkətinin dərc etdiyi hesabata əsasən, 2013-cü ilin ikinci rübünün yekununa görə qlobal planşet bazarında zəifləmə müşahidə olunmağa başlayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, analitiklər bunu "Apple" şirkətinin istehsalı olan planşetlərin yeni modellərinin yoxluğu ilə izah ediblər. "IDC"-nin qiymətləndirməsinə əsasən, ikinci rübdə qlobal bazara 45,1 milyon planşet tədarük edilib ki, bu da ötən rüblə müqayisədə 10% azdır. Bununla belə, 2012-ci ilin ikinci rübü ilə müqayisədə 60%-lik artım qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31