2022-ci ildə Həştərxan və Azərbaycan limanları arasında yük dövriyyəsi 27 min tonu ötüb
23 Fevral 2023 10:53 İqtisadiyyat2022-ci ildə Həştərxan və Azərbaycan limanları arasında yük dövriyyəsi 27 min tonu ötüb ki, bu da 2021-ci illə müqayisədə 42 faiz çoxdur. AZƏRTAC xəbər verir ki, bu barədə "İnterfaks"a Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov məlumat verib."2022-ci ildə regiondakı şirkətlər Rusiyanın metal, avadanlıq və digər mallarının dəniz yolu ilə Azərbaycana ixracını artırmağa nail olub. Son bir ildə limanlarımız arasında yük dövriyyəsi 42 faiz artaraq 27 min tondan çox olub. Kənd təsərrüfatı məhsulları Azərbaycandan da dəmir yolu ilə gətirilib. Söhbət Həştərxan vilayətində gəmilərin gövdələrinin mümkün tikintisi və sonradan Bakıda gəmiqayırma zavodunda başa çatdırılmasından gedir. O qeyd edib ki, Həştərxandakı Azərbaycan İş Mərkəzi və Bakıdakı Həştərxan İş Mərkəzi ikitərəfli əlaqələrin inkişafında önəmli rol oynayıblar.