Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 843 min ton olub - ÖZƏL
21 Fevral 2023 12:28 İqtisadiyyatCari ilin yanvar ayı ərzində Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 843 min ton olub. "OLAYLAR"-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, bununla da ötən ilin müvafiq dövrü ilə müqayisədə 306 min ton və ya 57% artım qeydə alınıb.
Nazirlikdən bildirilib ki, daşınan yüklərin 535 min tonu dəmir yollarının, 308 min tonu isə avtomobil daşımalarının payına düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31