Ermənistanda əhaliyə qaz verilmir

Ermənistanda 91.8% şəhər əhalisinin yalnız 56.9%-i təbii qazadan istifadə edə bilir. Ermənistan Milli Statistika Komitəsinin "ArmRusGazArd A.Ş."a istinadən yaydığı məlumatda belə deyilir. Şamluq, Meghri, Ağaran və Dastakert şəhərlərində isə ümumiyyətlə təbii qaz şəbəkəsi yoxdur. 1997-ci ilin sentyabrından bu günədək Ermənistanda yalnız 638.551 vətəndaşın evinə qaz xətti çəkilib. Əhalinin təbii qazdan istifadəyə görə dövlətə 20.2 milyard dram borcu var. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31