Əmanətçilərə birdəfəlik ödəmələrin verilməsi davam edir

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli "Keçmiş SSRĐ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanına əsasən, birdəfəlik ödəmələrin verilməsi davam edir. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, 2013-cü ilin iyul ayının 1-nə kimi 1619,9 min əmanətçiyə 596,7 milyon manat əmanət ödənilib. Bu orta hesabla hər əmanətçiyə 368,3 manat vəsaitin ödənilməsi deməkdir. Məlumatda o da bildirilir ki, 2013-cü il iyul ayının 1-nə əhalinin banklardakı əmanətlərinin qalığı 5922,2 milyon manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz artıbr. Əmanətlərin 3583,8 milyon manatı və ya 60,5 faizi milli, 2338,4 milyon manatlıq ekvivalenti xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 44,5 faiz və 23,6 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31