Yerli büdcələrə daxil olan vəsaitin həcmi 50 faiz artıb - ÖZƏL

2022-ci ildə bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə yardım tədbirlərinin səmərəliliyinin artırılması diqqət mərkəzində saxlanılıb. "Olaylar" xəbər verir ki, bunu deyən ədliyyə nazirinin müavini Vilayət Zahirovun sözlərinə görə, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı müsbət nəticələr əldə edilib, yerli büdcə gəlirlərində artım müşahidə olunub: "Ötən il ərzində fiziki şəxslərin torpaq və əmlak vergisi üzrə yerli büdcələrə 2021-ci illə müqayisədə 2 milyon manat çox vəsait daxil olub. Son iki ildə bununla bağlı yerli büdcələrə 6.5 milyon manata yaxın, yəni 2020-ci illə müqayisədə 50 faiz çox əlavə vəsait daxil olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31