Yanvar ayında ölkədə gündəlik xam neft hasilatı 533 min barrel olub
15 Fevral 2023 12:04 İqtisadiyyat2023-cü ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 652 min barrel olub. "OLAYLAR"-a Energetika Nazirliyindən bildirilib ki, bunun 533 min barrelini xam neft, 119 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, "OPEC plus" əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31