Uçot dərəcəsi artarsa kredit götürən şəxslərin sayı azalacaq - ÖZƏL

"Banklarda olan əmanətlər vergiyə cəlb edilməsi əmanətlərçilərin sayının azalmasına, bankların kapitalının azalmasına və bankların vətəndaşlara və hüquqi şəxslərə verdiyi kreditlərin faizlərinin artmasına gətirib çıxaracaq". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Şıxaliyev deyib. Bildirib ki, Mərkəzi Bankın idarə heyətinin qərarı ilə uçot dərəcəsi (Mərkəzi bankın kommersiya banklarına verdiyi pulun faizi) 0,25 % artırılaraq 8,5 %-ə qaldırılıb. Uçot dərəcəsi artarsa kommersiya banklarının vətəndaşlarla hüquqi şəxslərə verdiyi kreditlərin faizləri artacaq: "Banklar kredit faizlərini artırarsa daha az vətəndaş və hüquqi şəxs kredit götürəcək. Pulun həcmi azalacaq. Bu isə infilyasiyaya, iqtisadi artımın aşağı düşməsinə səbəb olacaq. Tarif şurasının ictimai nəqliyyatda gediş haqlarının artırmasını da nəzərə alsaq Azərbaycanın sadə vətəndaşlarının onsuz da pis olan sosial vəziyyəti daha da ağırlaşacaq. Hökümətin hansı tədbirləri görəcəyini gözləməkdən başqa çarəmiz qalmır. Çünki minimum əmək haqqının artırılması ancaq pensiya və sosial müavinət alanlara şamil edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31