Bütün növ əmək pensiyaları artırılacaq
11 Fevral 2023 11:06 İqtisadiyyatAzərbaycan Prezidenti cənab İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək. Eyni zamanda, ötən ilki inflyasiya dərəcəsinə uyğun pensiya kapitalı məbləğləri indeksləşdiriləşdiriləcək. Millət vəkili Vüqar Bayramlı "Olaylar"a bildirib ki, bütün növ əmək pensiyaları bu ildən etibarən 14.7 faiz, pensiya kapitalı isə 13,9 faiz artırılacaq: "Pensiya kapitalındakı artım həmi məbləğin inflyasiyadan qorumaq məqsədi daşıyır. Yanvar ayının artımı fevral ayının artımı ilə birlikdə bu ay pensiyaçılara ödəniləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31