382319 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb
10 Fevral 2023 13:54 İqtisadiyyatÖtən illərlə müqayisədə 2022-ci ildə ölkə üzrə daşınmaz əmlakın qeydiyyatı sahəsində ən yüksək göstərici qeydə alınıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "Olaylar"a bildirilib ki, 2022-ci ildə 382319 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2022-ci ildə daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə verilmiş çıxarışların 25,2% artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31