Ötən il 3 dövlət müəssisəsi özəlləşdirilib
10 Fevral 2023 13:53 İqtisadiyyat2022-ci il ərzində 3 dövlət müəssisəsi investisiya müsabiqəsinə çıxarılaraq özəlləşdirilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "Olaylar"a bildirilib ki, bu müəssisələrin özəlləşdirilməsi üzrə investisiya müsabiqələrində qalib gəlmiş investorlar tərəfindən ümumilikdə, təqdim etdikləri investisiya proqramları çərçivəsində 30 milyon manat həcmində investisiya qoyuluşu, 300-ə yaxın iş yerinin açılması və dövlət büdcəsinə birdəfəlik qaydada 12 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulub. 2022-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 115,4 milyon manat təşkil edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4% və ya 2,7 milyon manat çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31