Yardımlardan xidmət haqqı tutmaq heç bir halda qəbul edilən deyil

"Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra yalnız Azərbaycan dövləti deyil, hər bir vətəndaşımız öz imkanları daxilində qardaş ölkəyə yardım etməyə çalışırlar. Yardımlar həm bank köçürmələri və plastik kartlar vasitəsi ilə birbaşa ödənişlər, həm də fiziki formada həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bununla yanaşı, ödənişlər zamanı bankların vəsaitlərin bir hissəsini tutması barədə müraciətlər daxil olur: "Banklar  Assosasiyası tutulmaların geri qaytarılacağını açıqlayıb. Ümumiyyətlə, yardımlar zamanı nəinki vergi tutulmaları, ümumiyyətlə bank xidmət haqqları da tutulmamalıdır. Bankların xidmət haqqlarını digər gəlir mənbələri hesabına qapası vacibdir. Onsuz da banklar fərqli gəlir mənbələri var və yardımlardan da xidmət haqqı tutmaq heç bir halda qəbul edilən deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31