Azərbaycan 137 ölkə ilə ticarət əlaqəsi aparıb

Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-iyun aylarında statistik məlumatlara əsasən 21,6 milyard ABŞ dolları təşkil edib. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  onun 16,4 milyard dollarlıq hissəsi ixracın, 5,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb. Bu dövr ərzində dünyanın 137 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 93 ölkəyə əmtəə ixrac olunub, 126 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 27-si Amerika, 49-u Avropa, 36-sı Asiya və s. ölkələridir.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 13,5 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31