FED-in qərarı dolları bahalaşdıracaq? - ÖZƏL

Birləşmiş Ştatların Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz bəndi həddində artırıb. Bununla da uçot dərəcəsi 4,50-4,75 %-ə çatdırılıb. Bəs, görəsən FED-in bu qərarı Amerika valyutasını bahallaşdıra bilərmi?

İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzindən "OLAYLAR"-a daxil olan açıqlamada sözügedən qərarın doların bahalaşmasına ciddi təsir göstərməyəcəyi bildirilir. Qeyd edilir ki, keçən il də FED anoloji qərar qəbul etmişdi və Amerika valyutasının digər ölkələrin milli valyutalarına nisbətdə hər hansı artımı baş vermədi:

"Digər tərəfdən ABŞ dollarından imtina barədə qərarlar da bu amoli tənzimləyir. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya tərəfindən dollar əleyhinə başlanan kampaniya müəyyən mənada öz təsirini göstərib və artıq 8 ölkə ticarətdə "dollarizasiya" prosesinə qoşulub. Ona görə də dolların digər ölkələrin milli valyutalarına nisbətdə ciddi dəyər qazanacağı ciddi görünmür".

İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzi hesab edir ki, Azərbaycan da manatın dollara nisbətən dəyər itirməsi indiki halda mümkün görünmür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31