Ceyhan limanından 1 milyon 706 min 44 ton xam neft ixrac edilib
Novorossiysk limanından 169 min 671 ton neft əldə olunub
1 Avqust 2013 20:00 İqtisadiyyatARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin iyul ayında Novorossiysk limanından 169 min 671 ton, Supsa limanından 157 min 690 ton, Çeyhan limanından 1 milyon 706 min 44 ton xam neft ixrac etmişdir.Bu barədə ANSPRESS-ə ARDNŞ-dən məlumat verilib.
Mılumata görə,ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 994 min 989 ton, Supsa limanından 1 milyon 522 min 370 ton, Ceyhan limanından isə 11 milyon 841 min 285 ton xam neft ixrac edilmişdir. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31