Ev və qızıl bahalaşacaq..! - ÖZƏL

"Bu gün vaxtı bitən vergi güzəştinin olduğu  maddə daşınmaz əmlak  bazarında və qızıl bazarında bahalaşmaya səbəb ola bilər. Bu maddəyə görə insanların banklara qoyduqları depozitlərin illik faiz gəlirləri vergidən azad edilirdi". "Olaylar"ın məlumatına görə, bunu deyən  iqtisadçı ekspert Sınan Daşdəmirlinin sözlərinə görə,  güzəşt uzadılmasa, depozitlər azalar və əvəzində daşınmaz əmlak bazarında bahalaşma ola bilər: "İnsanların banklara qoyduqları depozitlərdən əldə etdiyi illik faiz gəlirləri 7 il müddətinə vergidən azad edilirdi. Bu güzəşt 2016-ci ildə qəbul edilmişdi. Səbəb isə həmin il bir çox güzəştlərin edilməsinə zərurət yaradan devalvasya idi. 2015-ci ildə olan devalvasiyanın iqtisadiyyata dağıdıcı təsirini azaltmaq üçün bir sıra tədbirlər görüldü ki, bunlardan da biri manatın üzən məzənnəyə keçməsi  və depozitlərdən gələn faiz gəlirlərinin vergidən azad edilməsi oldu.Manatın üzən məzənnəyə keçməsi iqtisadi gedişini tənzimləyə bilmədikləri üçün illik 3 milyard yatırım olunur. Sözügedən digər güzəşt insanların banklara depozit yatırmasının həcmini artırdı, Yeddi il ərzində fiziki şəxslərin 8,8 -10 milyard manat əmanəti 35%-dən çox artaraq 12-13,5 milyard manata qalxdı. Bu güzəştin bitməsi geri effektlər yarada bilər, əmanət həcmlərinin azalmasına gətirib çıxara bilər. Bankların vətəndaşlara ödədiyi  depozit faizləri  infilyasiya qarşılığında xərclənir. Digər tərəfdən də güzəştin aradan qalxması insanların öz əmanətlərini daşınmaz əmlaka və qızıla yönəldəcəkləri daha real görünür. Çünki bankların təklif etdiyi faizlər qarşılığında infilyasiya + vergi, daşınmaz əmlakı daha səmərəli yatırım predmetinə çevirir. Bu isə tələbin artması fonunda daşınmaz əmlak bazarında qiymət artımlarını mart-iyun aylarına doğru hiss etdirməyə başlayacaq. Platformalar üzərindən yatırım etməyi bacaran vətəndaşlar isə 50% yatırımı kripto birjalara qoyacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31