İran Suriyaya 3.6 milyard dollar məbləğində benzin göndərir

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Bəşər Əsəd rejimini müdafiə edən əsas qüvvələrdən biri olan rəsmi Tehran benzin satışında da lazım olan köməkliyini əsirgəmir. Müxtəlif xarici saytlarda da Şamla rəsmi Tehran arasında bağlanan müqavilələr haqda məlumatlar əksini tapır. Artıq üç ildir ki, Suriya hökuməti ilə müxalifətçilər arasında davam edən müharibədə ölkənin əsas benzin daşıyıcılarının üsyançılar tərəfindən ələ keçirildiyi qeyd olunur. Bu arada Əsəd rejimi ilə müxalifətçi qruplaşmalar arasında münaqişə davam edir. Ötən gün isə Türkiyə sərhəddində bomba partlaması nəticəsində 12 nəfərin öldüyü, 50 nəfərin isə yaralandığı söylənilir.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31