Kart hesablarından vergi tutulmayacaq - ÖZƏL

Əmanətlərdən vergi tutulması ilə bağlı yayılmış məlumat cəmiyyətə çaşqınlıq yaradb. Bəs, əslində hansı əmanətlərdən vergi tutulacaq? Olaylar ın məlumatına görə, millət vəkili Vüqar Bayramov bikdirib ki, 
Fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlər üzrə verginin hesablanmasında zaman qrafikini nəzərə alsaq fevral ayında məcəlləyə dəyişiklik edib, güzəşt müddətinin uzadılması mümkündür. Ümid edirəm ki, bununla bağlı təkliflərimiz nəzərə alınacaq.
 Söhbət fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərindən gedir. Kart və digər hesablarda saxlanılan vəsaitlər bura aid deyil.
Əgər güzəşt müddəti uzanmazsa o zaman ümumi əmanət məbləği deyil, əmanətə görə hesablanan gəlir vergiyə cəlb olunacaq. Yəni, sizin 60 min manat əmanətiniz varsa və bu depozitə görə illik gəliriniz 6 min manatdırsa, o zaman vergiyə məhz 6 min manat cəlb olunur.
 Ümid edirik ki, güzəşt müddətinin daha 1 il uzadılması nəzərə alınacaq. Bu müddətdə məbləğdən asılı olaraq, məsələn sığortalanan əmanətlərin (100 min manatadək) vergiyə cəlb edilməməsi ilə bağlı mexanizmin hazırlanması mümkün olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31