Məbləği 15 min manatdan artıq olan daşınan əmlaklar nağdsız qaydada alınacaq
31 Yanvar 2023 19:28 İqtisadiyyatÜmumi məbləği 15 min manatdan artıq olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.
Olaylar.az bildirir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklikdə əksini tapan yeni - 3.4.16-cü maddədə qeyd edilib.
Qanuna əsasən, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31